"Xüsusi hərbi əməliyyat" (Ukraynada gedən müharibə nəzərdə tutulur-red.) iştirakçılarına torpaq sahələrinin verilməsi şərtləri bütün regionlarda eyni olmalıdır.
bildirir ki, Dövlət Dumasının Ailənin Müdafiəsi Komitəsinin sədri Nina Ostanina RTVI telekanalına açıqlamasında belə bir təkliflə çıxış edib. Deputat qeyd edib ki, bu təşəbbüsə səbəb komitəyə daxil olan çoxsaylı şikayətlər olub.
"Regional qanunvericiliyin təhlili göstərir ki, torpaq sahələrinin verilməsi şərtləri və pay alanların kateqoriyaları regiondan regiona əhəmiyyətli dərəcədə fərqlənir. Bu isə hərbi qulluqçuların yaşayış (qeydiyyat) yerinə görə faktiki olaraq diskriminasiyaya məruz qalması vəziyyətini yaradır", — deyə Ostanina bildirib.
Deputat müvafiq müraciəti Baş nazir Mixail Mişustinə ünvanlayıb. Ostanina Baş nazirdən torpaq sahələrinin verilməsi haqqında normativ aktların hazırlanmasında regionların federal qurumlarla necə qarşılıqlı fəaliyyət göstərdiyinə dair məlumatın təqdim edilməsini, həmçinin sahələrin ayrılması üçün vahid tələblərə dair təkliflərin hazırlanmasını xahiş edib.
QAZİLER.AZ

