Gürcüstanda üç əcnəbi saxlanılıb: silah və sursat müsadirə edilib

Gürcüstanda üç əcnəbi saxlanılıb: silah və sursat müsadirə edilib backend

Tbilisi və Acarıstan polis idarələrinin əməkdaşları birgə polis əməliyyatlarından sonra qanunsuz olaraq qrup şəklində odlu silah və sursat əldə etmək və saxlamaq ittihamı ilə üç xarici vətəndaşı saxlayıblar.

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, təqsirləndirilən şəxslərin Tbilisidəki müvəqqəti yaşayış yerində aparılan mürəkkəb əməliyyat və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları qrup tərəfindən qanunsuz olaraq əldə edilmiş və saxlanılan müxtəlif modelli dörd odlu silah, 156 patron və beş daraq sübut kimi müsadirə ediblər.

Hər üç şəxs polis tərəfindən təqsirləndirilən şəxs kimi saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 ilə qədər həbs cəzası nəzərdə tutan 236-cı maddəsinin 6-cı hissəsi ilə aparılır.

QAZİLER.AZ