Bolqarıstan Prezidenti: Ukraynada sülhə yalnız danışıqlar yolu ilə nail olmaq mümkündür

Bolqarıstan Prezidenti: Ukraynada sülhə yalnız danışıqlar yolu ilə nail olmaq mümkündür backend

Bolqarıstan Prezidenti Yotovanın fikrincə Ukraynada sülhə yalnız danışıqlar yolu ilə nail olmaq mümkündür.

Qaziler.az bildirir ki, Bolqarıstan Prezidenti İliyana Yotova NOVA telekanalına müsahibəsində Ukraynada sülhə yalnız bir yolla – danışıqlar vasitəsilə nail olmağın mümkün olduğunu bildirib.

“Bolqarıstan son vaxtlar getdikcə daha çox səslənən və sülhə danışıqlar yolu ilə nail olunmasını müdafiə edən mövqeyə qoşulmaq üçün əlindən gələni etməlidir”, – deyə prezident vurğulayıb.

Avropa İttifaqının (Aİ) üzvü olan Bolqarıstanın dövlət başçısı daha əvvəl də Ukrayna münaqişəsinin diplomatik yolla həllinin tərəfdarı kimi çıxış edib. Onun sözlərinə görə, Bolqarıstan bu dialoqda fəal iştirak etməlidir.

Yotova hesab edir ki, mövcud vəziyyətdə münaqişənin hərbi yolla həlli mümkün deyil.

QAZİLER.AZ