G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov

G20 sammitində Putin ilə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov backend

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında dekabr ayında Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində görüş mümkün deyil.

 

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov AFP-nin sualına cavab olaraq bildirib.

 

"Bu, mümkün deyil", - deyə Peskov vurğulayıb. O, iki prezident arasında görüşün Rusiya paytaxtında keçirilə biləcəyi ilə bağlı Moskvanın mövqeyini bir daha təkrarlayıb.

 

Sentyabrın 8-də Peskov, həmçinin bildirib ki, Rusiya münaqişənin sülh yolu ilə həllinə hazırdır, lakin bu məsələ Kiyev hakimiyyətindən asılıdır.