Sentyabrın 12-də “Vətəndaş Müqaviləsi” partiyasının Sevan şəhərində böyük toplantısının keçirilməsi nəzərdə tutulub.
Qaziler.az bu barədə “NEWS.am”a istinadla xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə keçiriləcək iclasda deputatlar, nazirlər və partiyanın idarə heyətinin bütün üzvləri iştirak edəcəklər.
Qeyd edək ki, Paşinyan səhər saatlarından artıq Sevandadır. O, velosipedlə 80 kilometr məsafə qət edib, daha sonra Göyçə (Sevan) gölündə çimib.
QAZİLER.AZ

