Medvedyev: Rusiya "xüsusi hərbi əməliyyatı" qələbə ilə başa çatdırmalıdır

Medvedyev: Rusiya "xüsusi hərbi əməliyyatı" qələbə ilə başa çatdırmalıdır backend

Rusiya "xüsusi hərbi əməliyyat"ı (Rusiyanın Ukraynada apardığı müharibə-red.) elə şəkildə qələbə ilə başa çatdırmalıdır ki, bundan sonra “heç kim səsini çıxarmasın”.

Qaziler.az bildirir ki, bu açıqlamanı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev “Max” messencerində yayımladığı paylaşımda edib.

“Biz "xüsusi hərbi əməliyyat"ı sona, qələbə ilə başa çatdırmalı, nöqtə qoymalıyıq ki, bundan sonra heç kim səsini çıxarmasın və bütün bunları yenidən geri qaytarmağa çalışmasın”, – deyə Medvedyev bildirib.

Bundan əlavə, Medvedyev Rusiyada səfərbərlik elan edilməsinin planlaşdırılmadığını açıqlayıb. Onun sözlərinə görə, müqavilə əsasında hərbi xidmətə qəbulun tempi ilkin plandan daha yüksəkdir.

QAZİLER.AZ