Gürcü siyasətçi saxlanılıb

Gürcü siyasətçi saxlanılıb backend

Gürcüstan milli hərəkatın liderlərindən biri olan Giorgi Baramidze saxlanılıb.

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, Gürcüstan Prokurorluğunun nümayəndələri Giorgi Baramidzeni evində qandallayıblar.

Saxlanmanın video görüntüləri Giorgi Baramidzenin həyat yoldaşı tərəfindən sosial mediada paylaşılıb.

Saxlanmanın rəsmi səbəbi məlum deyil.

Həyat yoldaşının saxlanması ilə bağlı paylaşdığı videoda Baramidze bildirib: "Mənə Gürcüstana xəyanət etdiyim üçün saxlanıldığım deyildi."

"Cənablar indi gəlib mənə dedilər ki, Gürcüstana xəyanət etdiyim üçün saxlanılmışam. Bunu mənə deməyə utanmırsınız?" Giorgi Baramidze bildirib.

Saat 19:00-da Gürcüstan Prokurorluğunda brifinq planlaşdırılıb.

QAZİLER.AZ