Sosial şəbəkələrdə Türkiyə-İran sərhədində - Bazərqan–Gürbulaq buraxılış məntəqəsi ərazisində problemlərin yaranması ilə bağlı video və məlumatlar yayılıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Videoların müəllifləri iddia edirlər ki, sərhəd-keçid məntəqəsində Türkiyə ərazisinə daxil ola bilməyən 200-300-ə yaxın avtomobil sıxlığı yaranıb. Həmçinin Türkiyə tərəfinin guya İran vətəndaşlarının ölkəyə girişini müvəqqəti məhdudlaşdırdığı iddia edilir. Bu səbəbdən iki ölkə arasında quru əlaqəsi pozulub.
Hələlik Türkiyə və İran hakimiyyət orqanları tərəfindən bu məlumatın rəsmi təsdiqi yoxdur.
QAZİLER.AZ

