Sentyabrın 9-da Ermənistanın Ararat vilayətində fövqəladə hadisə baş verib.
Qaziler.az xəbər verir ki, “Shamshyan.com” kriminal xəbər saytının məlumatına görə, Ararat vilayətinin 38 yaşlı sakini Garik H. polisə müraciət edərək bildirib ki, Qarni yaşayış məntəqəsi yaxınlığındakı Eranos adlanan ərazidə ov zamanı ayağından güllə yarası alıb. O, ayağından güllə yarası diaqnozu ilə “Artaşat” tibb mərkəzinə çatdırılıb.
Polis araşdırması zamanı müəyyən edilib ki, həmin gün Eranos adlanan ərazidə, Verin Dvin kəndinin inzibati ərazisində ov edən Ararat vilayətinin 39 yaşlı sakini Andranik K. sürüşərək yıxılıb və bu zaman öz adına qeydiyyatda olan “MR-155” markalı, 12 kalibrli ov tüfəngindən təsadüfən Garik H.-nin istiqamətinə atəş açıb. Nəticədə Garik H. yaralanıb.
Faktla bağlı Artaşat polis şöbəsində müvafiq sənədlər hazırlanaraq Ermənistan İstintaq Komitəsinə göndərilib.
QAZİLER.AZ

