Litvanın nüvə silahlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv etmək planları eskalasiyaya səbəb olacaq.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Peskov Litvanı nüvə silahının yerləşdirilməsinə görə Rusiyanın adekvat cavabı ilə bağlı hədələyiib.
Peskov deyib ki, Litvanın nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanı aradan qaldırmaq planları eskalasiyaya səbəb olacaq.
Litva hakimiyyətinin nüvə silahının ölkə ərazisində yerləşdirilməsinə qoyulan qadağanı aradan qaldırmaq niyyəti gərginliyin daha da artmasına səbəb olacaq. Bunu Kremlin sözçüsü Dmitri Peskov “Birinci kanal”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Litva öz ərazisində nüvə silahı yerləşdirərsə, bu silahın Qərbə qarşı yönəlməyəcəyi aydındır.
“Bu, gərginliyin eskalasiyası baxımından çox ciddi bir mərhələ olacaq. Axı siz öz ərazinizdə nüvə silahı yerləşdirirsinizsə, deməli, o, kiməsə qarşı yönəlib”, – deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.
Peskov əlavə edib ki, zərurət yaranacağı təqdirdə Moskvanın cavabı da eyni xarakter daşıyacaq.
O bildirib ki, Vilnüs ölkəsində belə silah yerləşdirmək qərarına gələrsə, Litva ərazisi Rusiyanın nüvə silahlarının hədəfinə çevriləcək.
QAZİLER.AZ

