Ötən gecə hava hücumundan müdafiə (HHM) qüvvələri Tula vilayətinin səmasında 26 Ukrayna pilotsuz uçuş aparatını (PUA) aşkarlayaraq məhv edib.
Qaziler.az bildirir ki, bu barədə vilayətin qubernatoru Dmitri Milyayev Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, PUA hücumu nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb. Yaralılara həkimlər tərəfindən zəruri tibbi yardım göstərilir.
“Ölənlərin ailə və yaxınlarına səmimi başsağlığı verirəm. Yaralananlara tezliklə sağalmalarını arzulayıram”, – Milyayev bildirib.
Qubernator həmçinin Tula vilayətində PUA hücumu təhlükəsinin davam etdiyini qeyd edərək sakinləri diqqətli və ehtiyatlı olmağa çağırıb.

