Əlcəzair 11 sentyabrdan etibarən hava məkanını BƏƏ təyyarələri üçün bağlayacaq.
Əlcəzair sentyabrın 11-dən etibarən Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydiyyatdan keçmiş bütün təyyarələr üçün hava məkanını bağlayacaq.
Qaziler.az gazeta.ru-ya istinadən bildirir ki, bu barədə Əlcəzair Müdafiə Nazirliyi məlumat yayıb.
Qərarın Əlcəzairin BƏƏ ilə diplomatik münasibətləri kəsməsindən sonra qəbul edildiyi bildirilib. Qadağa həm mülki, həm də hərbi təyyarələrə şamil olunacaq.
Bununla belə, BƏƏ-dən Əlcəzairin Houari Bumedien Beynəlxalq Hava Limanına və əks istiqamətdə həyata keçirilən kommersiya uçuşları üçün qadağa istisna ediləcək.
QAZİLER.AZ

