Rusiyanın Altay diyarının Mixaylovskoye kəndində iki təqaüdçü qadın zirzəmidə ölüb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, qadınlar kartofu yığmaq və zirzəmini kif və gəmiricilərdən təmizləmək üçün oraya düşüblər. Dezinfeksiya məqsədilə vedrədə kağız yandırdıqdan bir müddət sonra onların səhhəti pisləşib və zirzəmidən çıxa bilməyiblər.
Qadınlardan biri tanışına zəng edərək kömək istəyib. Hadisə yerinə gələn kişi onları huşsuz vəziyyətdə aşkar edib və təkbaşına xilas edə bilməyib.
Çağırılan xilasedicilər və təcili tibbi yardım briqadası qadınlardan birinin artıq öldüyünü müəyyən edib. Digər qadını xilas etmək mümkün olmayıb.
Hadisənin səbəbləri araşdırılır.
QAZİLER.AZ

