Özbəkistanda Mərkəzi Asiya tələbə idmanının I beynəlxalq forumu keçiriləcək

Özbəkistanda Mərkəzi Asiya tələbə idmanının I beynəlxalq forumu keçiriləcək backend

2026-cı il sentyabrın 29-dan oktyabrın 2-dək Özbəkistanda Mərkəzi Asiya Tələbə İdmanının I Beynəlxalq Forumu keçiriləcək.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Forum Beynəlxalq Universitet İdmanı Federasiyasının (FISU) prezidenti Leonz Ederin Özbəkistana səfəri çərçivəsində təşkil olunacaq.

Tədbirdə Mərkəzi Asiya ölkələrinin tələbə idmanı federasiyalarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Görüşlərdə tələbə idmanının inkişafı və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Forumda Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Türkmənistanın nümayəndələrinin iştirakı gözlənilir.

QAZİLER.AZ