Polşa Ukrayna ilə sərhəddə yerləşən keçid məntəqələrinin Rusiya tərəfindən hücuma məruz qala biləcəyini ehtimal edir. Buna səbəb təcavüzkar ölkənin ticarət yollarına zərbələr endirməyə davam etməsidir.
Qaziler.az bildirir ki, bu barədə Polşanın Baş naziri Donald Tuskun açıqlamasına istinadən “Reuters”ə xəbər verir.
10 sentyabr gecəsi Polşa sərhəd keçid məntəqələrindən birində Rusiya Federasiyasının hücum təhlükəsinin qarşısını aldı. Tuskun sözlərinə görə, bu, Ukrayna ilə sərhəddə baş verib.
"Dünən gecə bizim xidmətlərimiz və ukraynalı həmkarlarımız arasında əməkdaşlıq sayəsində sərhəd keçid məntəqələrindən birinə birbaşa təhlükə aradan qaldırıldı", - deyə o bildirib.
QAZİLER.AZ

