Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib: nələr qadağandır?

Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib: nələr qadağandır? backend

Ukrayna Rusiya və Belarusla dövlət sərhədi boyunca xüsusi sərhəd rejimi tətbiq edib. Məhdudiyyətlər hərbi vəziyyətin bütün müddəti ərzində bir kilometr enində zolaq daxilində tətbiq olunur.

Bu barədə RBC-Ukrayna hökumət portalına istinadən məlumat verib. Xüsusi rejim Nazirlər Kabinetinin 17 avqustda "Ukrayna Nazirlər Kabinetinin 27 iyul 1998-ci il tarixli 1147 nömrəli qərarının 2-1-ci bəndində dəyişiklik edilməsi haqqında" 1049 nömrəli qərarını qəbul etməsindən bəri qüvvədədir. Artıq qüvvəyə minib və dövlət sərhəd mühafizə orqanları qaydaların tətbiqinə başlayıblar.

Yeni rejim Rusiya və Belarusla sərhəd boyunca bir kilometr enində zolaq daxilindəki bütün torpaq sahələrinə şamil edilir.

Bu ərazidə aşağıdakılar qadağandır:

mülki şəxslərin sərbəst girişi, hərəkəti, qalması və yaşaması;

silahlı təcavüzün dəf edilməsi, ölkənin müdafiəsi və ya dövlət sərhədinin qorunması ilə əlaqəli olmayan hər hansı bir işin görülməsi.

QAZİLER.AZ