İran Ermənistanla iki ölkənin sərhədi yaxınlığında birgə azad iqtisadi zona yaratmağı təklif edib.
Qaziler.az xəbər verir ki, Təklif Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə tərəfindən İrəvanda keçirilən “Armenia Expo 2026” sərgisi çərçivəsində səsləndirilib.
Müqəddəmzadənin sözlərinə görə, məsələ Ermənistan iqtisadiyyat nazirinin müavinlərindən biri ilə aparılan müzakirə zamanı gündəmə gətirilib. O, birgə azad iqtisadi zonanın Mehridə, İranın Araz Azad İqtisadi Zonasının ərazisində və ya Nurduzda yaradılmasının mümkün olduğunu bildirib.
İranlı rəsmi konkret ərazinin o qədər də vacib olmadığını, əsas məqsədin layihənin nəticə verməsi olduğunu qeyd edib.
QAZİLER.AZ

