Gürcüstanda hakimiyyəti devirmək cəhdi 4 oktyabr 2025-ci ildə Brüsseldən “yaşıl işıq” alındıqdan sonra həyata keçirilib.
Qaziler.az xəbər verir ki, bunu sentyabrın 9-da Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
“Məhz Brüsseldən virtual yaşıl işıq yandırıldıqdan sonra ötən il, oktyabrın 4-də hakimiyyəti devirmək üçün uğursuz cəhd edildi”, — deyə o, “Facebook”da yazıb.
Papuaşvili bu sözləri Avropa İttifaqının (Aİ) BMT-dəki nümayəndəsi Mişel Servone d’Ursonun Gürcüstanda “özbaşına həbsləri” və “repressiyaları” pisləməsinə cavab olaraq səsləndirib.
Parlament spikerinin fikrincə, bu cür bəyanatlar Brüsselin siyasətinin dalana dirəndiyini göstərir. O, Aİ-ni müharibənin başa çatdığını bilməyən və hələ də əməliyyatlar planlaşdıran əsgərlə müqayisə edib.
Papuaşvili vurğulayıb ki, Aİ Gürcüstanla münasibətləri normallaşdırmaq istəyirsə, Brüssel aqressiv ritorikadan və məğlub olmuş inqilabi ssenariyə informasiya dəstəyindən imtina etməlidir.
QAZİLER.AZ

