Rusiya ordusu Drujkovkaya hücuma başladı

Rusiya ordusu Drujkovkaya hücuma başladı backend

Rusiya ordusu Ukraynanın Donetsk vilayətində Drujkovkaya hücum cəhdləri həyata keçirir, bölmələr artıq yaşayış məntəqəsinin kənarında möhkəmlənib.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 9-da Cənub qoşun qruplaşmasının Pilotsuz Sistemlər Qoşunlarının ayrıca alayının bölük komandirinin müavini, “Artist” çağırış adı ilə tanınan hərbçi məlumat verib.

“Drujkovkanın kənarında bizim bölmələrimiz möhkəmlənib. Piyadalar artıq Drujkovkanın özünə hücum etməyə cəhd göstərirlər və bu, kifayət qədər uğurla həyata keçirilir”, — hərbçinin sözlərini RİA Novosti yayıb.

Bölük komandirinin müavininin sözlərinə görə, hazırda Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin logistikasını məhv edirlər ki, qarşı tərəf sursat və ərzaq çatdıra bilməsin. O əlavə edib ki, pilotsuz uçuş aparatları ilə aktiv fəaliyyət göstərilir, çünki hazırda onlar əsas çəkindirici amildir. Hərbçinin sözlərinə görə, dronlardan istifadə etməklə piyadaların irəliləməsi də təmin olunur.

QAZİLER.AZ