Yermak və Budanov Rusiyada qiyabi həbs olundu

Yermak və Budanov Rusiyada qiyabi həbs olundu backend

Moskva Şəhər Məhkəməsi Ukrayna Prezidentinin  ofis rəhbəri Kirill Budanovu qiyabi olaraq həbs edib.

Rusiyada Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofis rəhbəri vəzifəsini icra etmiş Andrey Yermak və respublikanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin  keçmiş rəhbəri Kirill Budanov  barəsində qiyabi həbs qərarı çıxarılıb.

Qaziler.az bildirir ki, bu barədə RİA Novosti Moskva Şəhər Məhkəməsinə istinadən məlumat yayıb.

Budanov müharibə aparılmasının qadağan olunmuş üsullarından istifadə etməkdə ittiham olunur. O, hələ aprelin 21-də qiyabi həbs edilib, bu gün isə Moskva Şəhər Məhkəməsi həmin qərarı dəyişdirilmədən qüvvədə saxlayıb. Məhkəmə iclası qapalı keçirilib.

2023-cü ilin aprelində Moskvanın Lefortovo Rayon Məhkəməsi də Budanov barəsində Rusiyada terror aktlarının təşkilində ittiham olunması ilə əlaqədar qiyabi həbs qərarı çıxarmışdı. O, beynəlxalq axtarışa verilmişdi.

Kirill Budanov Krım körpüsündə törədilmiş terror aktının təşkilatçısı kimi təqdim olunurdu. Aprel ayında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin də onun Xerson vilayətinin Xorlı kəndində Yeni il gecəsi restorana endirilən zərbə ilə əlaqəsinin olduğunu bildirmişdi.

QAZİLER.AZ