Batumidən Ordu-Giresun Hava Limanına uçan özəl təyyarə texniki nasazlıq səbəbindən Pazar rayonu sahillərində dənizə təcili eniş edib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, məlumatdan sonra Sahil Mühafizəsi Komandanlığının qrupları əraziyə göndərilib. Qruplar təyyarədə olan iki nəfəri xilas edib.
Onlar tədbir olaraq Kaçkar Dövlət Xəstəxanasına aparılıb.
Nazirliyin xilasetmə işləri ilə bağlı açıqlamasına görə, Baş Axtarış və Xilasetmə Koordinasiya Mərkəzi (AAKKM) Sahil Mühafizəsi Komandanlığına Batumi Hava Limanından Ordu-Giresun Hava Limanına uçan özəl təyyarənin mühərrikinin sıradan çıxması səbəbindən Rize-Artvin Hava Limanı sahillərində dənizə təcili eniş etdiyini bildirib.
Bunun ardınca əraziyə Sahil Mühafizəsinin bir gəmisi, iki qayığı və bir dalğıc qrupu göndərilib. Əraziyə çatan bölmələr təyyarədə olan və huşunu itirmiş iki nəfəri xilas edib.
Bəyanatda xilasetmə işlərini həyata keçirən Sahil Mühafizəsi Komandanlığının heyəti təbrik edilib.
QAZİLER.AZ
Gürcistan’ın Batum şehrinden havalanan özel uçak, Rize açıklarında Karadeniz’e zorunlu iniş yaptı.
— TRT Haber Canlı (@trthabercanli) September 9, 2026
Rize Valisi İhsan Selim Baydaş son durumu TRT Haber'de anlatıyor. https://t.co/FL2GxHcZlK

