Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze Ukraynanın Təhsil və Elm naziri Andrey Butenko ilə ikitərəfli görüş keçirib.
Qaziler.az bildirir ki, Gürcüstan Təhsil Nazirliyinin məlumatına görə, tərəflər Gürcüstan və Ukrayna arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.
Mikanadze ukraynalı həmkarına Gürcüstanda təhsil islahatı çərçivəsində planlaşdırılan və artıq həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Tərəflər təhsil sistemlərinin inkişafında beynəlxalq əməkdaşlığın rolunu, PISA tədqiqatının nəticələrini və ən yaxşı təcrübələrin paylaşılmasının vacibliyini vurğulayıblar.
Görüş zamanı həmçinin Gürcüstan və Ukrayna arasında elmi tədqiqatlarda tərəfdaşlığın dərinləşdirilməsi və bu sahədə yeni müqavilənin bağlanması müzakirə edilib.
Andrey Butenko Ukraynaya verdiyi dəstəyə və Ukrayna universitetlərinə tələbə qəbulu üçün imtahanların təşkilinə görə Mikanadzeyə təşəkkür edib.
Görüşün sonunda nazirlər təhsil sahəsində əməkdaşlığı gücləndirməyə və birgə təhsil layihələrini həyata keçirməyə hazır olduqlarını bildiriblər.
QAZİLER.AZ

