Kiyevə hücum: anbarlar yanıb, xəsaanların sayı artır

Kiyevə hücum: anbarlar yanıb, xəsaanların sayı artır backend

Kiyevin müxtəlif rayonlarında dron hücumları nəticəsində yanğınlar baş verib. İlkin məlumata görə, Dnepr rayonundakı anbara dron hücum edib. Xəsarət alanların olduğu qeydə alınıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Kiyev Şəhər Hərbi Administrasiyasına və Kiyev meri Vitali Kliçkoya istinadən məlumat yayıb.

Kiyev Metropoliten Polisinin məlumatına görə, Dnepr rayonunda dron anbara hücum edib və yanğın baş verib.

Bundan əlavə, Darnitski rayonunda dron hücumundan sonra ot örtüyü yanıb.

Eyni ərazidəki başqa bir yerdə, tüstü qalxan açıq ərazidə dağıntılar yaranıb.

Düşmənin bu gün hücumu nəticəsində itki verənlərin sayı doqquza çatıb. Hadisə yerinə təcili yardım xidmətləri göndərilib.

QAZİLER.AZ