Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 9-da bildirib ki, Macarıstanın 10 rus diplomatını ölkədən çıxarmaqla bağlı qeyri-dost hərəkətləri cavabsız qalmayacaq.
Qaziler.az bildirir ki, bu barədə "izvesiya" məlumat yayıb.
“Onların (Macarıstanın hərəkətlərinin) mənfi təsiri olacaq. Əlbəttə ki, bu, ikitərəfli münasibətlərimizin bütün spektri üçün mənfi nəticələrə səbəb olmaya bilməz”, - deyə Peskov brifinqdə bildirib.
O, həmçinin Rusiyanın Macarıstanla münasibətlərdə maraqlı olduğunu və bu ölkə ilə əlaqələrin daha da inkişaf etdirilməsinə açıq olduğunu vurğulayıb.
Peskov diqqətə çatdırıb ki, Rusiya Rusiya-Macarıstan münasibətlərində formalaşmış təcrübəyə zərər vurulmasının tərəfdarı deyil. Bununla belə, Macarıstanın 10 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərarı cavabsız qalmayacaq.
QAZİLER.AZ

