Ermənistanın müxalifətçi “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanın həbs müddəti daha üç ay uzadılıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə onun vəkili Aram Orbelyan məlumat verib.
Müdafiə tərəfi məhkəmə iclasının açıq keçirilməsi ilə bağlı vəsatət də qaldırıb, lakin vəsatət təmin edilməyib. Bu barədə TASS məlumat yayıb.
“Tevanyanın həbs müddəti üç ay uzadılıb”, – deyə Orbelyan bildirib.
Həmçinin partiyanın tərəfdarı Areknaz Manukyanın da həbs müddəti uzadılıb. Onun vəkili Tatevik Soqoyan bildirib ki, prokurorlar bu qərarın qəbul edilməsi üçün hər hansı konkret əsas göstərməyiblər.
QAZİLER.AZ

