Kabardin-Balkariyada qar uçqunu altında həlak olan alpinistlər arasında Rosqvardiya əməkdaşları da olub
Kabardin-Balkariyada qar uçqununun baş verməsi nəticəsində həlak olan alpinistlərdən bəzilərinin Rusiya Milli Qvardiyasının (Rosqvardiya) əməkdaşları olduğu açıqlanıb.
Bu barədə sentyabrın 8-də qurumun mətbuat xidməti məlumat yayıb.
“Qurumun rəhbərliyi həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verir, ailələrə bütün zəruri yardımı və sosial dəstək tədbirlərini göstərir”, – deyə Rosqvardiyanın Telegram kanalında bildirilib.
Bununla yanaşı, qurum qeyd edib ki, KİV-də Mərkəzi Xüsusi Təyinatlı Qüvvələrin “Vityaz” bölməsinin hərbçilərinin həlak olması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.
QAZİLER.AZ

