Korrupsiyaya qarşı mübarizə öz nəticəsini verir – İrakli Kobaxidz

Korrupsiyaya qarşı mübarizə öz nəticəsini verir – İrakli Kobaxidz backend

“İqtisadi artım göstəricisini ötən illə müqayisədə yaxşılaşdırmağımızın səbəblərindən biri hakimiyyətin yüksək səviyyələrində korrupsiyanın kökünü kəsə bilməyimizdir”.

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

İclasın əvvəlində Kobaxidze ölkədə iqtisadi artımla bağlı göstəriciləri açıqlayıb. Baş nazirin sözlərinə görə, bu ilin iyulunda Gürcüstan iqtisadiyyatı 8 faiz artıb, cari ilin iqtisadi artım göstəricisi isə 7,9 faiz təşkil edib.

Kobaxidze bildirib ki, ölkə yüksək iqtisadi artım tempini qoruyub saxlayır.

“Əlbəttə, korrupsiyaya qarşı mübarizə öz nəticəsini verir. İqtisadi artım göstəricisini ötən illə müqayisədə yaxşılaşdırmağımızın səbəblərindən biri hakimiyyətin yüksək səviyyələrində korrupsiyanın kökünü kəsə bilməyimizdir. Biz bütün səviyyələrdə korrupsiyaya qarşı mübarizəni davam etdiririk”, – deyə İrakli Kobaxidze hökumətin iclasında bildirib.