Putin Trampla Uitkoff və Kuşnerin Moskva və Kiyevə səfərlərini müzakirə edib

Putin Trampla Uitkoff və Kuşnerin Moskva və Kiyevə səfərlərini müzakirə edib backend

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Qaziler.az xəbər verir ki, bu barədə sentyabrın 8-də Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, telefon danışığı 1 saat davam edib.

Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla telefon danışığı zamanı ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun və iş adamı Cared Kuşnerin Moskvaya və Kiyevə səfərlərinin nəticələri barədə fikir mübadiləsi aparıb. 

“Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə ABŞ Prezidenti Donald Tramp arasında növbəti telefon danışığı baş tutub. Onlar ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin sentyabrın 5-6-da Moskva və Kiyevə baş tutmuş səfərlərinin nəticələri barədə fikir mübadiləsi aparıblar”, — deyə Uşakov brifinqdə bildirib.

QAZİLER.AZ