Bu gün, sentyabrın 8-də İranın ali rəhbəri Müctəba Xameneinin 57 yaşı tamam olur.
Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, Xamenei 1969-cu ildə Məşhəddə anadan olub. O, İranın mərhum ali rəhbəri Əli Xameneinin ikinci oğludur.
O, uşaqlıq və yeniyetməlik illərini Məşhəd və Tehranda keçirib, daha sonra dini təhsilini Qumda davam etdirib. Xamenei uzun illər İranın siyasi və dini elitası daxilində fəaliyyət göstərsə də, rəsmi dövlət vəzifəsi tutmayıb.
Xamenei İran-İraq müharibəsində də iştirak edib. O, həmin illərdən SEPAH ilə əlaqəsini gücləndirib. Ali rəhbər 2004-cü ildə İranın keçmiş parlament sədri Qulaməli Həddad-Adelin qızı Zəhra Həddad-Adellə evlənib.
Xamenei uzun müddət atasının mümkün varisi kimi təqdim olunub və İran hakimiyyətinin “kölgəsindəki” ən nüfuzlu fiqurlardan biri hesab edilib. O, fevral ayında ABŞ və İsrailin hücumlarında yaralandıqdan sonra ictimaiyyət qarşısına çıxmayıb.
QAZİLER.AZ

