İran Paşinyana Zəngəzur dəhlizi ilə bağlı şərt qoydu

İran Paşinyana Zəngəzur dəhlizi ilə bağlı  şərt qoydu backend

İran tərəfi tələb edib ki, Ermənistan ərazisində TRIPP (Zəngəzur Dəhlizi) layihəsinin təhlükəsizliyini müstəsna olaraq Ermənistan Silahlı Qüvvələri və ya ölkədə artıq mövcud olan üçüncü ölkənin silahlı qüvvələri təmin etsin. 

Qaziler.az xəbər verir ki, bu barədə Ermənistanın "News.am" xəbər saytı öz mənbələrinə istinadən məlumat yayıb. 

Nəşrin məlumatına görə, Tehran bu yolla ABŞ hərbçilərinin öz sərhədi yaxınlığında peyda olmasının qarşısını almağa çalışır.

İran hakimiyyəti ehtiyat edir ki, ABŞ qüvvələri bölgədə yerləşdiriləcəyi təqdirdə, Vaşinqtonla davam edən gərginlik fonunda Tehran tərəfindən potensial hərbi hədəf kimi nəzərdən keçirilə bilər.

QAZİLER.AZ