Rusiyanın Tver vilayətində Şerbininskaya məktəbinin şagirdləri 1 sentyabrda müəllimlərinə gül almaq əvəzinə sahibsiz heyvanlar üçün yem alıblar.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə Kalinin dairəsinin administrasiyası məlumat yayıb.
Aksiyanı şagirdlərin sinif rəhbəri və altıncı sinif şagirdlərinin valideynləri təşkil edib. Uşaqlar ötən həftəsonu valideynləri ilə birlikdə “Love Animals” sığınacağına gedərək heyvanlar üçün yem və onlara qulluq üçün digər zəruri əşyalar aparıblar.
Məktəblilər indi oktyabrın 4-də qeyd olunan Ümumdünya Heyvanların Mühafizəsi Günü ilə əlaqədar humanitar yardım kampaniyası keçirməyi planlaşdırırlar.
QAZİLER.AZ

