İrakli Qaribaşvilinin vəkili Rustavi həbsxanasına gedib

İrakli Qaribaşvilinin vəkili Rustavi həbsxanasına gedib backend

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvilinin vəkili Natia Təmizaşvili Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə gedib.

Qaziler.az-ın "qruziya onlayn"a istinadən məlumatına görə, vəkil müəssisəyə daxil olmazdan əvvəl bildirib ki, Qaribaşvili hər hansı açıqlama vermək istəsə, bunu özü edəcək.

“Hazırda İraklinin yanına gedirəm. Əgər o, hər hansı məsələyə münasibət bildirmək və ya ictimaiyyətə nəsə açıqlamaq istəsə, bunu mütləq özü deyəcək”, – vəkil qeyd edib.

Qeyd edək ki, Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili son həftələrdə Rustavi həbsxanasından bir neçə məktub yayıb. O, məktublarında hazırkı Baş nazir İrakli Kobaxidze və “Gürcü arzusu” partiyasının liderlərindən biri Mamuka Mdinaradzeyə qarşı açıq mövqe nümayiş etdirib.

Qaribaşvili Kobaxidze və Mdinaradzenin təzyiq və təqiblərinə məruz qaldığını bildirir, ona qarşı aparılan hüquqi prosesin əsassız olduğunu iddia edir.

QAZİLER.AZ