Rusiya "Kent" və "Rothmans" tütün fabrikinə zərbə endirib.

Rusiya "Kent" və "Rothmans" tütün fabrikinə zərbə endirib. backend

Ukraynanın Çerniqov bölgəsindəki Priluki şəhəri dron hücumlarına məruz qalıb. Ruslar British American Tobacco fabrikinə hücum ediblər.

Qaziler.az bildirir ki, bu barədə  "Suspilne" qəzeti məlumat yayıb.

Nəşr fabrik işçilərinə istinadən siqaret fabrikinin damının alovlandığını bildirir. Yanğınsöndürənlər alovu söndürürlər.

Şahidlərin sözlərinə görə, bütün işçilər həmin vaxt sığınacaqda olublar və heç kim xəsarət almayıb. Bir qadın kəskin stress keçirib və tibbi yardım alıb

QAZİLER.AZ