Hüquq-mühafizə orqanlarının əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan xarici vətəndaşı həbs ediblər.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Baş Cinayət Polisi İdarəsi və Dövlət Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Mərkəzinin əməkdaşları birgə əməliyyat nəticəsində İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə vətəndaşını saxlayıblar.
Saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının tələbi ilə narkotiklə bağlı ağır cinayət törətdiyinə görə axtarışda olub.
İstintaq tədbirlərindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışda olan şəxsi Batumidə həbs ediblər.
Saxlanılan şəxs hazırda qanunla müəyyən edilmiş qaydada ekstradisiya prosedurundan keçir.
QAZİLER.AZ

