Paşinyanın Rusiyaya səfərinin vaxtı hələlik dəqiqləşməyib - Peskov

Paşinyanın Rusiyaya səfərinin vaxtı hələlik dəqiqləşməyib - Peskov backend

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri yaxın vaxtlarda baş tuta bilər. Lakin səfərin dəqiq tarixi hələ müəyyən edilməyib.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə sentyabrın 7-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Artıq yaxın vaxtlarda. Dəqiq müddət hələ yoxdur”, – Peskov “RİA Novosti”yə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, Paşinyanın səfəri bu il ərzində baş tutmalıdır.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 1-də Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin yekunlarına dair mətbuat konfransında Paşinyanı Moskvaya dəvət etdiyini bildirib. O, səfər zamanı Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqında üzvlüyü ilə bağlı vəziyyəti ətraflı müzakirə etmək niyyətində olduğunu qeyd edib.

Putin həmçinin Rusiya ilə Ermənistan arasında sıx əlaqələrin olduğunu vurğulayıb.