Ötən gecə Çuvaşiya ərazisi üzərində iki pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 7-də respublikanın rəhbəri Oleq Nikolayev “Maks” messencerində məlumat verib.
“Ötən gecə respublika ərazisində, ilkin məlumata görə, iki düşmən PUA-sı məhv edilib”, – deyə o bildirib.
Qeyd olunur ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. İlkin məlumata əsasən, mobil rabitə qülləsinə də ziyan dəyib.
Bundan əvvəl həmin gün hava hücumundan müdafiə qüvvələri Tatarıstanın Nijnekamsk rayonuna Ukrayna PUA-larının kütləvi hücumunun qarşısını alıb. Daha sonra Nijnekamsk şəhərinin meri Radmir Belyayev respublika ərazisində pilotsuz uçuş aparatları təhlükəsi rejiminin ləğv edildiyini açıqlayıb.
QAZİLER.AZ

