Türkiyənin bu bölgəsində meşə yanğını: Havadan və qurudan müdaxilə davam edir

Türkiyənin bu bölgəsində meşə yanğını: Havadan və qurudan müdaxilə davam edir backend

Türkiyənin Muğla vilayətinin Menteşe rayonunda meşə yanğını baş verib. Alovun nəzarət altına alınması üçün əraziyə havadan və qurudan müdaxilə edilir.

Qaziler.az TRT-Haberə istinadən bildirir ki, Yaraş məhəlləsində meşəlik ərazidə hələlik müəyyən edilməyən səbəbdən yanğın başlayıb.

Bölgədə güclü küləyin təsiri ilə alov qısa müddətdə geniş əraziyə yayılıb.

Yanğınla bağlı məlumat daxil olduqdan sonra əraziyə Muğla Meşə Regional İdarəsinin hava və quru texnikaları, həmçinin yanğınsöndürən briqadalar göndərilib.

Ekipajlar yanğının nəzarət altına alınması üçün işlərini davam etdirirlər.

QAZİLER.AZ