Ukrayna sentyabrın 6-na keçən gecə Rusiyanın Ryazan şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib, ölkənin müxtəlif şəhərlərini hədəfə alıb.
Qaziler.az APA-ya istinadən xəbər verir ki, bu barədə monitorinq kanalları və yerli hakimiyyət orqanları məlumat yayıb.
“Exilenova Plus” “Telegram” kanalı Rostov vilayətində Bataisk şəhərində hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirib.
“Astra”nın məlumatına görə, Rostov-na-Donu şəhərində də partlayış səsləri eşidilib.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar hücumu təsdiqləyərək bildirib ki, şəhərdə üç yaşayış binasına ziyan dəyib və bir uşaq xəstəxanaya yerləşdirilib.
“Exilenova Plus”un məlumatına görə, Rusiyanın qərbində yerləşən Ryazan şəhərindəki neft emalı zavoduna da zərbələr endirilib, yanğın baş verib.

