Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mutsunski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, bəzi nümayəndə heyətləri Ukraynaya səfərlərini təxirə salıb.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, mətbuat konfransında Ukraynanın xarici işlər naziri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner yaxın günlərdə Moskva və Kiyevə səfərİ ilə bağlı açıqlama verib..
Jurnalistlər nazirə müraciət edərək , bəzi nümayəndə heyətləri Ukraynaya səfərlərini təxirə salınmasının xüsusilə, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə aid olub-olmadığını dəqiqləşdirməsini istəyiblər. Həmçinin Sibiqadan Rusiya tərəfindən Jülyanı hava limanına endirilən zərbənin amerikalı nümayəndələrin mümkün səfəri ilə əlaqəli olub-olmadığı soruşulub.
Ukraynanın xarici işlər naziri bu suala birbaşa cavab verməyib. O, Rusiyanın zərbələrini Ukraynaya və beynəlxalq sülh təşəbbüslərinə təzyiq göstərmək cəhdləri ilə əlaqələndirib.
“Putin sülh əvəzinə eskalasiyanı seçdi. Döyüş meydanında məqsədlərinə nail ola bilməyərək dövlət terroruna, raket terroruna keçdi. Biz bunu Kiyevdə və bütün Ukraynada hər gün görür və hiss edirik”, — deyə xarici işlər naziri vurğulayıb.
QAZİLER.AZ

