Sibiqa: Bəzi nümayəndə heyətləri Ukraynaya səfərlərini təxirə salıb

Sibiqa: Bəzi nümayəndə heyətləri Ukraynaya səfərlərini təxirə salıb backend

Rusiya tərəfindən eskalasiyanın artması fonunda bəzi xarici nümayəndə heyətlərinin Ukraynaya səfərləri ilə bağlı planları dəyişib.

Qaziler.az bildirir ki, bu barədə “Ukrinform”un yaydığı məlumatda deyilir.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mutsunski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, bəzi nümayəndə heyətləri Ukraynaya səfərlərini təxirə salıb.

Ukraynalı nazir xüsusilə makedoniyalı həmkarının Kiyevə səfərini qeyd edib və bu səfəri Rusiyanın hücumlarının gücləndiyi bir vaxtda Ukraynaya həmrəyliyin nümayişi kimi qiymətləndirib.

“Rusiya tərəfindən eskalasiyanın artdığı bir vaxtda göstərdiyiniz bu cəsarətli və həmrəylik nümayiş etdirən səfərə görə təşəkkür edirəm. Bu, həqiqətən də belədir və faktdır ki, bəzi nümayəndə heyətləri Ukraynaya səfərlərini təxirə salıb. Lakin bizim dostumuz Timço bu gün bizimlədir. Mən bunu çox yüksək qiymətləndirirəm”, — deyə nazir bildirib.

QAZİLER.AZ