Almaniya Rusiyada Höte İnstitutunun fəaliyyətinin dayandırılmasına cavab olaraq əlavə tədbirlər görməyəcək.
Almaniya hakimiyyəti Rusiyada Höte İnstitutunun filiallarının fəaliyyətini dayandırmasına cavab olaraq əlavə tədbirlər görmək niyyətində deyil.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bunu sentyabrın 4-də Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Martin Gize bildirib.
“Əlavə tədbirlərə ehtiyac yoxdur”, — deyə onun sözlərini regional "Heute" portalı sitat gətirib.
Gize əlavə edib ki, Almaniya hökuməti Höte İnstitutunun fəaliyyətinin dayandırılmasının əməkdaşları üçün mümkün nəticələrini qiymətləndirməyə davam edir.
Onun sözlərinə görə, bununla yanaşı, Rusiya tərəfinin bundan sonra hansı konkret addımları atacağı ilə bağlı təfərrüatlar Berlinə hələlik məlum deyil.
QAZİLER.AZ

