Peskov: Ukraynanın hərbiləşdirilməsi ukraynalıların özləri üçün problemə çevriləcək

Peskov: Ukraynanın hərbiləşdirilməsi ukraynalıların özləri üçün problemə çevriləcək backend

Ukraynanın hərbiləşdirilməsi nəticə etibarilə ukraynalıların özləri üçün ciddi problemə çevriləcək.

Qaziler.az bildirir ki, bunu sentyabrın 4-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya”nın sualını cavablandırarkən bildirib.

Peskov qeyd edib ki, Rusiya tərəfi Ukrayna ərazisində uzaqmənzilli raketlərin istehsalının qurulması ilə bağlı yayılan məlumatları yoxlayır.

“Ukrayna ərazisində bu cür obyektlərin hər biri Silahlı Qüvvələrimiz üçün qanuni hədəfə çevriləcək. Ukraynanın hərbiləşdirilməsinin bu cür təzahürləri ukraynalıların özləri üçün növbəti problemə çevriləcək”, — deyə o vurğulayıb.

QAZİLER.AZ