Rusiyanın Tümen və Kurqan vilayətlərində dron hücumu ilə bağlı təhlükə elan edilib

Rusiyanın Tümen və Kurqan vilayətlərində dron hücumu ilə bağlı təhlükə elan edilib backend

Tümen və Kurqan vilayətlərində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan edilib.

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 4-də regionların hakimiyyət orqanları “Maks” messencerində məlumat yayıblar.

“Təhlükə! Tümen vilayətinin ərazisində pilotsuz uçuş aparatları ilə bağlı təhlükə rejimi tətbiq edilib”, — deyə Tümen vilayətinin qubernatoru Aleksandr Moor bildirib.

Həmçinin Rusiya Fövqəladə Hallar Nazirliyinin Kurqan vilayəti üzrə Baş İdarəsinin mətbuat mərkəzindən bildirilib ki, hadisə fonunda internetin sürətində azalma mümkündür.

Qurum sakinlərə evdə qalmağı və təşvişə düşməməyi tövsiyə edib.

Bu barədə “Qazeta.Ru” məlumat yayıb.

QAZİLER.AZ