Evlərə və avtomobillərə ciddi ziyan dəyib.
Sentyabrın 4-də səhər saatlarında Ukraynanın Odessa şəhəri düşmən hücumuna məruz qalıb. Zərbə nəticəsində bir nəfər həyatını itirib, daha üç nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak, Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper və vilayət üzrə Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Lısak bildirib ki, ilkin olaraq üç yaralının olduğu məlumdur və onlara dərhal lazımi tibbi yardım göstərilib.
Şəhərin rayonlarından birində yaşayış binalarına və avtomobillərə ziyan dəyib. Xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması və ərazidəki vəziyyətin qiymətləndirilməsi ilə məşğuldur.
QAZİLER.AZ

