Batumidə dənizdə iki kater toqquşub. Məlumata görə, hadisə nəticəsində katerlərdə olan bir neçə nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə "qruziya onlayn" məlumat yayıb.
Onlar təcili tibbi yardım briqadası tərəfindən klinikaya çatdırılıb. İlkin məlumata görə, xəsarət alanların çox ağır xəsarətləri yoxdur.
“Əlifba qülləsi”nin yaxınlığında xilasetmə xidmətinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri səfərbər edilib.
QAZİLER.AZ

