Dron hücumu nəticəsində Belqorod vilayətində dörd nəfər həlak olub

Dron hücumu nəticəsində Belqorod vilayətində dörd nəfər həlak olub backend

Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumu nəticəsində dörd nəfər həlak olub, onlardan ikisi təcili tibbi yardım əməkdaşıdır. 

Qaziler.az bildirir ki, bu barədə sentyabrın 3-də regionun qubernator səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Şuvayev məlumat verib.

“Kiyev rejiminin Şebekinoya hücumu zamanı dörd nəfər, o cümlədən iki ‘təcili yardım’ əməkdaşı həlak olub”, – deyə o, “Maks” messencerindəki kanalında yazıb.

Həlak olanlar arasında həkim, təcili tibbi yardım feldşeri və ər-arvad var. Daha üç kişi, o cümlədən təcili yardım avtomobilinin sürücüsü qəlpə yaraları alıb. Onlara Şebekino Mərkəzi Rayon Xəstəxanasında tibbi yardım göstərilir, daha sonra Belqoroda aparılacaqlar.

Zərbə nəticəsində iki təsərrüfat tikilisi dağılıb və yanğın baş verib, iki çoxmənzilli binanın şüşələri, fərdi yaşayış evi, qaraj və avtomobil zədələnib. Dobroye kəndində isə daha bir avtomobil dron hücumu nəticəsində zərər görüb.

QAZİLER.AZ