Rusiya qüvvələri bu gün, sentyabrın 3-də Kiyev vilayətində yerləşən “Coca-Cola” zavoduna dronlarla hücum edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, Rusiya öz silahlarından dinc əhaliyə qarşı terror məqsədilə istifadə edir. Düşmən mülki həyatı iflic etməyə və iqtisadiyyata zərbə vurmağa çalışır.
“Bu gün ruslar öz dronları ilə "Coca-Cola" zavoduna zərbə endirdilər. Artıq "Coca-Cola" onlar üçün elə bir düşmənə çevrilib ki, onu "Şahed"lərlə yandırırlar. Bu, Rusiyanın Amerikaya verdiyi açıq mesajdır”, – deyə Zelenski bildirib.
QAZİLER.AZ

