Yekaterinburq metrosunda gediş haqqı kəskin ucuzlaşacaq — bütün sərnişinlər “təbəssümlə” ödəniş etdikdə cəmi 1 rubla mənzil başına çata biləcəklər.
Xüsusi tarif Beynəlxalq Gənclər Festivalının keçiriləcəyi 13–16 sentyabr tarixlərində qüvvədə olacaq.
Qaziler.az bildirir ki, bu barədə E1.RU-ya Biometrik Texnologiyalar Mərkəzindən məlumat verilib.
Festival biletini təqdim etməyə, promo-kod daxil etməyə və ya aksiyada ayrıca qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Gediş haqqının məbləği turniketdən keçərkən avtomatik hesablanacaq.
Bank kartına ehtiyac olmayan yeni ödəniş üsulu Yekaterinburq metrosunda hələ 2024-cü ildə tətbiq olunub. Həmin vaxt metroda sərnişinin üzünü tanıya və gediş haqqını avtomatik hesabdan çıxara bilən xüsusi terminal quraşdırılıb.

