Ankaranın Kalecik rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, yerli vaxtla saat 20:11-də qeydə alınan zəlzələnin dərinliyi 11,74 kilometr olaraq ölçülüb.
Ankaranın Kalecik rayonunda bir-birindən üç dəqiqə ərzində iki zəlzələ baş verib. 2,6 bal gücündə olan birinci zəlzələ saat 20:08-də, 3,9 bal gücündə olan ikinci zəlzələ isə saat 20:11-də eyni ərazidə baş verib.
Məlumatlara görə, saat 20:08-də baş verən 2,6 bal gücündə zəlzələnin dərinliyi 6,98 kilometr olub.
İkinci zəlzələnin dərinliyinin 11,74 kilometr olduğu müəyyən edilib.
Hər iki zəlzələnin episentri Kalecikdə olub.
QAZİLER.AZ

