Sankt-Peterburqda 25 yaşlı kişi travmatik tapança ilə həkimi girov götürüb.
Qaziler.az bildirir ki, bu barədə Mash məlumat yayıb.
Mənbənin məlumatına görə, hadisə Budapeşt küçəsində yerləşən 78 saylı poliklinikanın ikinci mərtəbəsində baş verib. Kişi onun öldürülməsini tələb edib.
Hadisə yerinə gələn polis əməkdaşları onu zərərsizləşdirərək silahı müsadirə ediblər.
Daha əvvəl məlumat verilmişdi ki, Yujno-Saxalinskdə polis birlikdə yaşadığı kişi tərəfindən girov götürülən yerli sakini xilas etmək üçün binaya hücum əməliyyatı keçirib. Nəticədə şübhəli şəxs saxlanılıb. Onun sərxoş olduğu bildirilir.
QAZİLER.AZ

